In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.
Back

Veteranlar üçün Polşa-Azərbaycan yardım layihəsi

07.09.2022

7 sentyabr 2022-ci il tarixində Bakıda Polşanın inkişaf və əməkdaşlıq üzrə proqramı - Polşa Yardımı proqramı çərçivəsində həyata keçirilən “Biz kömək etmək üçün buradayıq” adlı Polşa-Azərbaycan layihəsi çərçivəsində hərbi əməliyyatların nəticələrindən zərər çəkmiş şəxslər üçün növbəti təlim keçirildi.

We are here to help - szkolenie w Baku, 7.09.2022

ADRA Polşa Fondu və tərəfdaşı ADRA Azərbaycan ilə birlikdə Azərbaycanda hərbi əməliyyatların nəticələrindən zərər çəkmiş mülki əhaliyə və şəxslərə dəstək olmaq məqsədi daşıyan “Biz kömək etmək üçün buradayıq” layihəsinə start verib. Layihəyə reabilitasiya, psixoterapiya, işçi heyəti üçün təlim, hətta TV-də maraqlı ab-hava daxil idi - bunların hamısı benefisiarların müharibə travması ilə vidalaşmalarına kömək etmək üçündür. Polşa Respublikasının Xarici İşlər Nazirliyinin dəstəyi ilə Polşanın Polşa Yardımı inkişaf üzrə əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilən layihənin ikinci hissəsi hələ də davam edir.

Müharibə bəşər cəmiyyətinin başına gələ biləcək ən böyük faciələrdən biridir. Müharibə travması və dramatik hadisələr uzun müddət müharibə travmasından əziyyət çəkən insanların, mülki şəxslərin və qurbanlara yardım edən insanların yaddaşında qalır. Bu səbəbdən onlar "Biz kömək etmək üçün buradayıq" proqramının hədəf qrupudur, ADRA Polşa Fondunun sədri Piotr Nowacki deyə bildirib.

Münaqişənin dağıdıcı təsirləri

Tədqiqatlar göstərir ki, münaqişəli vəziyyətlər istənilən ciddi xəstəlikdən daha çox ölüm və əlilliyə səbəb olur. Müharibə icmaları və ailələri məhv edir və çox vaxt xalqların sosial və iqtisadi inkişafını pozur. Müharibənin nəticələrinə uşaqlara və böyüklərə uzunmüddətli fiziki və mənəvi ziyan, maddi və insan kapitalının azalması daxildir. Silahlı qarşıdurmalarda iştirak edən insanları təsir edən ən çox yayılmış pozuntulardan biri posttravmatik stress pozuntusudur (ing. PTSD - posttraumatic stress disorder). PTSD simptomları insanın travmatik bir hadisə keçirməsi, həyat üçün təhlükə, ciddi bədən xəsarəti və ya özünün yaxud başqalarının fiziki bütövlüyünə təhlükə ilə əlaqəli bir hadisə ilə qarşılaşması nəticəsində yaranan, güclü narahatlıq, çarəsizlik və ya qorxu ilə müşayiət olunan bir xəstəlikdir. Qeyd etmək lazımdır ki, posttravmatik stress pozuntusu hərbi əməliyyatlardan əziyyət çəkən insanlara, həm də onların ailə üzvlərinə, yaxınlarına da təsir edir.

Polşa-Azərbaycan əməkdaşlığı əhalinin rifahı naminə

Layihənin ilk modulu 2021-ci ildə həyata keçirilib. İndiyədək layihə iştirakçıları, yəni 250 nəfər fizioterapiya, əmək terapiyası, nitq və nitq patologiyası, davranış terapiyası və koqnitiv terapiya kimi fəaliyyətləri əhatə edən reabilitasiya xidmətləri alıb.

İştirakçılar ADRA Polşa və ADRA Azərbaycan tərəfindən onlara fərdi seçilmiş müalicələr dəsti və lazımi dəstək verən seçilmiş reabilitasiya mərkəzində bir ay keçiriblər. Layihəyə həmçinin ümumilikdə 12 təlim daxil idi: reabilitasiya mərkəzinin 25 nəfər üzvü üçün hərbi əməliyyatların nəticələrindən zərər çəkmiş şəxslərin iş sahəsində təlimi və 50 nəfər hərbi əməliyyatların nəticələrindən zərər çəkmiş şəxslərin fiziki xəsarət və travmaların aradan qaldırılması sahəsində təlim.

Layihənin sonunda Masallıda 3 günlük düşərgə təşkil olunub. 103 nəfər hərbi əməliyyatların nəticələrindən zərər çəkmiş şəxslər təbiət qoynunda xüsusi hazırlanmış fəaliyyət proqramına əməl etməklə, sağlam həyat tərzi haqqında maariflənməyə və əqli tarazlığa qayıtmağa çalışıbdırlar.

Hekayənizi danışın

ADRA Polşa və ADRA Azərbaycan layihələrinin ikinci hissəsi hazırda davam edir. Müharibə qurbanları artıq psixi sağlamlıqlarını və rifahlarını yaxşılaşdırmaq üçün təlimlər keçiblər. Klinik, ailə və uşaq psixologiyası sahələri üzrə mütəxəssislərlə məsləhətləşmələr aparılıb.

İstifadə olunan terapevtik üsullardan biri də “hekayə” idi. Təcrübələrin və şəxsi hekayələrin paylaşılması travmadan xilas olmaq, şəxsi və kollektiv kimlikləri və onların rollarını anlamaq və iştirakçıların öz icmalarında həyata keçirə biləcəkləri fikir və təcrübələri mübadilə etmək məqsədi daşıyırdı.

Digər fəaliyyət istiqaməti isə qohumlarını (arvad, uşaq, ana və ya ata, qardaş, bacısını) itirmiş, üzvləri itki ilə barışmaqda, yas saxlamaqda və normal həyata qayıtmaqda çətinlik çəkən 50 ailəyə müalicəvi yardım göstərilib. ADRA Polşa və ADRA layihəsinin Azərbaycan üzrə mütəxəssisi ilin əvvəlindən oktyabrın sonuna kimi bu insanlarla müntəzəm olaraq görüşəcək ki, proqramın əhatə etdiyi ailələr dolğun həyata qayıtmaq şansı əldə etsinlər. Görüşlər Bakıda keçirilir.

Gümüş ekran da müharibənin travmasını sağaldır

ADRA layihəsinin yaradıcıları onuncu muzasını - gümüş ekranın qeyri-adi ab-havasını da müharibə travmasından əziyyət çəkənlərə kömək etmək üçün cəlb ediblər. Növbəti bir neçə ay film görüşləri (film terapiyası) və sülhün qurulması ilə bağlı maarifləndirici oyunlarla əlamətdar olacaq. Film nümayişi və oyunlar Bakı kinoklubunda, Şamaxıdakı “Abqora” açıq kinoteatrında və milli parklarda keçiriləcək. İştirakçılar filmlərə baxacaq və onlara qərar qəbuledən rolunun veriləcəyi simulyasiya oyunlarında iştirak edəcəklər. Xüsusi seçilmiş oyunların məqsədi iştirakçıların nəzər nöqtəsini genişləndirmək, empatiya və ünsiyyət bacarıqlarını inkişaf etdirmək, münaqişələrin həllində təcrübə qazanmaqdır.

İyun ayından etibarən mütəxəssislər müharibədən zərər çəkmiş rayonlara səfər edərək yaxınlarını itirmiş insanlara yerindəcə dəstək verirlər. Öz növbəsində ADRA-nın mütəxəssisləri bu məqsədlə Ağdam, Füzuli, Yevlax, Ağcabədi və Gəncə şəhərinə səfərlər edirlər.

Layihə Polşa Respublikası Xarici İşlər Nazirliyinin Polşanın inkişaf əməkdaşlığı - Polşa Yardımı tərəfindən birgə maliyyələşdirilir.

Polşa Respublikasının Bakıdakı Səfirliyinin YouTube kanalında layihəyə dair videolar. 

Wideo

Zdjęcia (5)

{"register":{"columns":[]}}