In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.
Back

Yuliuş Slovatskinin "Kordian" dramından fraqmentlərin oxunması

28.09.2024

28 sentyabr 2024-cü ildə Polşa Respublikasının Bakıdakı Səfirliyinin təşkilatçılığı ilə Avropa Dilləri Günü münasibətilə və Yuliuş Slovatskinin anadan olmasının 215-ci illiyi ilə əlaqədar (4 sentyabr) Zabitlər Parkında şairin “Kordian” dramından fraqmentlərin birgə ictimai oxunuşu keçirildi.

Yuliuş Slovatskinin "Kordian" dramından fraqmentlərin oxunması (28.09.2024)

Tədbirdə Polşa Respublikasının Bakıdakı Səfirliyinin diplomatları və əməkdaşları, o cümlədən Səfirliyin Rəhbəri Michal Greczylo (Müvəqqəti İşlər Vəkili) və Polşa Respublikasının Konsulu Jakub Piasecki, həmçinin Bakıdakı polyak icmasının nümayəndələri - Azərbaycanda fəaliyyət göstərən iki polyak icmasının üzvləri iştirak etdilər. Tamaşaçılar qarşısında “Kordian” oxuyan icma üzvləri simvolik mükafatlar – Polşa mədəniyyətinə dair kitab nəşrləri əldə etdilər. 

Tədbir zamanı Səfirliyin himayəsi ilə nəşr olunmuş Vitold Zqlenitskinin həyatına dair kitab da polyak icmasına paylanılıb (Polşalı Nobel - mədənçi, geoloq Vitold Zqlenitski (1850-1904) - sözügedən kitab prof. Andjey Xodubskinin müəllifi olduğu azərbaycan və ingiliscəyə tərcüməsidir. Tədbir polyak icmasını inteqrasiya etmək, polyak dilini və ədəbiyyatı haqqında bilikləri təbliğ etmək, eləcə də polyak şirniyyatlarını dadmaq imkanı verdi.

Zdjęcia (4)

{"register":{"columns":[]}}