Zati-Aliləri, Cənab Prezidentin Azərbaycana Səfəri
04.06.2019
Nəqliyyat, infrastruktur, ticarət və energetika sahəsində ikitərəfli əməkdaşlıq Zati-Aliləri, Cənab Prezident Andjey Duda və Zati-Aliləri, Cənab Prezident İlham Əliyev arasında danışıqlar mövzusu oldu. - İnanıram ki, gələcəkdə qaz və neft Polşaya Azərbaycandan və ya Azərbaycandan keçərək nəql ediləcəkdir - deyə Andjey Duda bildirib.
Prezident cümə axşamı, gecə Bakıya gəlmişdir və cümə günü Prezident İlham Əliyevin salamlama mərasimindən sonra səfərin rəsmi proqramı başladı.
İkitərəfli danışıqlardan sonra Polşa ilə Azərbaycan arasında əməkdaşlığa dair sənədlər imzalanıb, o cümlədən Kənd Təsərrüfatı Nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş və toxum həm də fitosanitar məsələləri üzrə əməkdaşlıq, eləcə də gizli informasiyanın mübadiləsi və qarşılıqlı qorunması haqqında hökumətlərarası Saziş imzalanıb.
Sonra Prezidentlər jurnalistlərlə görüşdülər.
Andjey Duda Bakı-Ələt limanının azad zonasında bir sıra Polşa şirkətlərinin yaradılması və genişləndirilməsi üçün əməkdaşlığın inkişafına ümid etdiyini bildirib. - Hörmətli Cənab Prezident qeyd etdiyi kimi, Azərbaycan və yerli limanlar bir növ hub-a çevrilirlər. Ümid edirəm ki, bu ticarətdə Polşalı şirkətlər də iştirak edəcəklər, onların qərargahları Bakı-Ələt limanında olacaqdır; Polşa təklifinin Azərbaycanda qurulması çox vacibdir - Polşa Prezidenti bildirib.
Andjey Duda enerji sahəsində əməkdaşlığa dair danışdıqlarınıda, eləcə də Cənub-Qərb nəqliyyat dəhlizinin (İran - Qafqaz - Ukrayna - Polşa) və Transxəzər marşrutuna dair (Çin - Qazaxıstan - Qafqaz - Ukrayna - Polşa) əməkdaşlıq haqqında da danışdıqlarını vurğuladır.
Daha sonra siyasətçilər Polşa-Azərbaycan Biznes Forumunun açılışında iştirak etdilər.
Prezidentlər Bakının mərkəzi küçəsində lövhə açdılar və bu gündən rəsmi olaraq küçə Polşa Memarları adlanır.