“Polyakların Azərbaycanda fəaliyyəti” adlı kitabın nəşri
11.02.2022
Prof. Nəsiman Yaqublunun Polyakların tarixinə və Polşanın Azərbaycanda mövcudluğuna həsr olunmuş ən yeni kitabı nəşr olunub.
11 fevral 2022-ci il tarixində prof. Nəsiman Yaqublunun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində və Mərkəz tərəfindən nəşr edilmiş “Polyakların Azərbaycanda fəaliyyəti” adlı azərbaycanca yeni kitabının təqdimatı olub. Kitab Polşa Respublikasının Bakıdakı Səfirliyi tərəfindən 2019-cu ildə ingilis və rus dillərində nəşr edilmiş kitabın genişləndirilmiş və əlavə buraxlışıdır.
Kitabın təqdimatında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Polşa Respublikasının Bakıdakı Səfirliyinin Siyasi-İqtisadi Şöbəsinin müdiri Mixal Qreçılo, kitabın müəllifi prof. Nəsiman Yaqublu, Milli Məclisin deputatları, alimlər, tarixçilər, KİV-nin və Bakının Polşa icmasının nümayəndələri iştirak etdilər.
Nəşr professor Nəsiman Yaqublunun XIX-XX əsrlərdə Azərbaycanda Polyakların fəaliyyəti və ölkənin sosial-iqtisadi həyatının inkişafına verdiyi töhfələrlə bağlı araşdırmalarının nəticəsidir. Kitabda o dövrdə Azərbaycanda yaşamış Polyak İcmasının görkəmli nümayəndələri - memarlar, mühəndislər, sənayeçilər, sahibkarlar, hüquqşünaslar, həkimlər və başqaları haqqında bioqrafik məlumatlar yer alıb.
Kitabı aşağıdan yükləmək olar.
Materiały
Polyakların Azərbaycanda fəaliyyətiPolyakların_Azərbaycanda_fəaliyyəti.pdf 38.77MB