In order to ensure the highest quality of our services, we use small files called cookies. When using our website, the cookie files are downloaded onto your device. You can change the settings of your browser at any time. In addition, your use of our website is tantamount to your consent to the processing of your personal data provided by electronic means.

Hava limanı tranzit vizası üçün müraciət etmək istəyirəm (A növü)

Harada edəcəksən?

Ərizəni Polşa Respublikasının ərazi üzrə səlahiyyətli Konsulluq Şöbəsinə təqdim etməlisiniz.

Ünvan: AZ-1000, Bakı, Kiçik Qala küç. 2, İçəri Şəhər

Telefon: +994 12 505 53 60

Email: baku.amb.wk@msz.gov.pl

İş saatlari: bazar ertəsi – cümə 9:30 – 13:00

Sənədləri şəxsən təqdim etməlisiniz?

Viza müraciətini şəxsən təqdim etməlisiniz. Diplomatik nümayəndəlik faks, məktub və ya elektron poçtla göndərilən müraciətləri qəbul etmir.

Görüş necə olur?

1.    Viza müraciəti üçün e-konsulat  sistemində  görüş təyin edin. 
2.    Yeni tarixlər hər ayın onuncu günü 15:00-16:00 arası əlavə olunur.
3.    Unutmayın ki, planlaşdırılan səfərdən 3 aydan gec olmayaraq viza üçün müraciət etməlisiniz.

Hansı sənədləri təqdim etməlisiniz?

Unutmayın:

Siz yalnız A növlü viza üçün müraciət edə bilərsiniz bu halda:

  • yalnız hava limanının tranzit bölgəsində qalmağı planlaşdırırsınız və onu tərk etməyi planlaşdırmırsınız. Viza sizə Şengen bölgəsində qalmaq hüququ vermir.
  • Siz aşağıdakı ölkələrdən birinin vətəndaşısınız: Əfqanıstan, Banqladeş, Konqo Demokratik Respublikası, Eritreya, Efiopiya, Qana, İran, İraq, Nigeriya, Pakistan, Somali, Şri Lanka.

A növü viza üçün müraciət etməkdən azadsınız, əgər:

  • Diplomatik pasportun sahibisinizsə,
  • Siz Avropa İttifaqının vətəndaşının yaxın bir ailə üzvüsünüz,
  • C və ya D növlü vizası və ya Avropa İttifaqına üzv ölkələrdən biri tərəfindən verilən bir yaşayış icazəniz var
  • Andorra, Kanada, Yaponiya, San Marino və ya Amerika Birləşmiş Ştatları tərəfindən verilən Vizalar üzrə V-ci İcma Məcəlləsinin əlavəsində sadalanan yaşayış icazəniz var,
  • Avropa İqtisadi Bölgəsinə aid bir ölkədə və ya Kanadada, Yaponiyada və ya Amerika Birləşmiş Ştatlarında etibarlı vizanız var və ya da belə bir vizadan istifadə etdikdən sonra geri qayıtdıqda.

Tələb olunan sənədlər:

  • e-konsulat sistemində doldurulmuş, çap edilmiş və imzalanmış viza müraciət ərizəsi;
  • 3.5 x 4.5 sm ölçülü rəngli fotoşəkil. Şəkil olmalıdır:
    • kəskin, ağ fonda hazırlanmış və yüksək keyfiyyətli kağız üzərində çap olunmalıdır
    • 6 aydan yuxarı olmayan,
    • Düz qabağa çəkilərək, başın yuxarısından yuxarı çiyinlərə qədər hər iki tərəfdən gözləri və üzü açıq şəkildə göstərməlidi, üz fotoşəklin 70-80%-ni əhatə etməlidir. Şəkil üçün baş örtüyü çıxarılmalıdır.
  • Son on ildə verilmiş pasport, planlaşdırılan geri dönüş günündən ən azı 3 ay müddətində etibarlı olmalıdır, vizalar üçün minimum 2 boş səhifə olmalıdır.  
  • Şəxsi məlumatları və fotoşəkili olan pasport səhifələrinin sürəti.
  • Avropa İttifaqında etibarlı olan 30.000 AVRO-dan az olmayan bir miqdarda tibbi sığorta.
  • Viza almaq üçün müraciət etdiyiniz Konsulluq olan ölkədə qanuni yaşayış yerini təsdiqləyən şəxsiyyət sənədinin surəti.
  • Konsulluq Şöbəsi tərəfindən müəyyən edilmiş formada maliyyə təminatını təsdiq edən sənəd.
  • Yaşayış yerini təsdiq edən sənəd (məsələn, rəsmi dəvətnamə və ya otel rezervasiyası).
  • Polşa Respublikası ərazisində olmağın məqsədini təsdiq edən sənədlər.
  • Viza ərizəsini təqdim etmək üçün valideynin/valideynlərin yazılı, notarial qaydada təsdiq edilmiş razılığı. Yalnız, bir qəyyum varsa, doğum haqqında şəhadətnamə, digər valideynin müstəsna valideyn səlahiyyətini verən məhkəmə qərarı və ya digər valideynin ölüm haqqında şəhadətnaməsini təqdim edin.

Bundan əlavə, yetkinlik yaşına çatmayan şəxslərin viza müraciət ərizəsinə aşağıdakı sənədləri əlavə edin:

  • Valideynlərin pasportları - əsli və surəti.
  • Doğum haqqında şəhadətnamə - əsli və surəti.
  • Uşaq valideynin və ya qanuni qəyyumun pasportuna daxil edilibsə - ayrıca viza müraciət ərizəsini təqdim edin. Viza valideynin və ya qanuni qəyyumun pasportuna yapışdırılacaq.

Qeyd:

  • Konsulluq şöbəsi daimi yaşayış yerinizi əhatə edən diplomatik nümayəndəlikdə viza üçün müraciət etməlisiniz.
  • Bir qayda olaraq, yuxarıda göstərilən sənədlər qərar vermək üçün kifayətdir, lakin konsul əlavə sənəd tələb edə bilər.
  • Konsul viza ərizəçini görüş üçün dəvət etmək hüququna malikdir, lakin məcburiyyətində deyil.
  • A növlü viza hava limanının tranzit zonasını tərk etməyə imkan vermir.
Nə qədər ödəyəcəksiniz?

Viza müraciətin baxılması üçün ödəniş 60 avro təşkil edir.

Ödəniş yalnız nağd şəkilində qəbul olunur.

Viza müraciəti üçün ödəniş Konsulun qərarından asılı olmayaraq geri qaytarılmır.

Hazırlanma vaxtı?

Viza qərarı vermək üçün konsulun 15 təqvim günü var. İstisna hallarda bu müddət 30 və ya 60 günə qədər uzadıla bilər.

Sənədləri necə alacaqsınız?

Qərarınızı, sənədlərinizi təqdim etdikdən sonra aldığınız qəbzin üzərində göstərilən gündə 14:00-15:00 arası Konsulluq Şöbəsində alacaqsınız.

Siz necə birdaha müraciət edə bilərsiniz?

Konsulun qərarı ilə razı deyilsinizsə, viza müraciətinə yenidən baxılması üçün müraciət etmək hüququnuz var. Viza qərarı verən şöbəyə onu qəbul etdikdən 14 gün ərzində təqdim etməlisiniz. Belə bir ərizənin verilməsi üçün ödəniş 60 avro təşkil edir. Yenidən baxılma üçün müraciətlər, bazar ertəsindən cümə gününə qədər saat 15:00-dan 16:00-dək qəbul olunurlar. Bunun üçün qeydiyyatdan keçmək lazım deyil.

{"register":{"columns":[]}}