Şengen vizası üçün müraciət etmək istəyirəm (C növü)
Harada edəcəksən?
Ərizəni Polşa Respublikasının konsulluq idarəsinə təqdim edəcəksiniz.
AZ-1000, Bakı, Kiçik Qala küç. 2, İçəri Şəhər
Telefon: +994 12 505 53 60
Email: baku.amb.wk@msz.gov.pl
İş saatlari: bazar ertəsi – cümə 9:30 – 13:00
Sənədləri şəxsən təqdim etməlisiniz?
Viza müraciətini şəxsən təqdim etməlisiniz. Diplomatik nümayəndəlik faks, məktub və ya elektron poçtla göndərilən müraciətləri qəbul etmir.
Görüş necə olur?
Ərizəni təqdim etmək üçün e-konsulat sistemi vasitəsi ilə görüşə yazıl.
Növbəti qeydiyyat qaydalarını və nələri etməli olduğunuzu oxuyun:
- Viza müraciət anketinin ümumi qaydalarını təsdiqləyin.
- İlkin viza müraciətinizi daxil edin və yaddaşda saxlayın. Unutmayın ki, viza anketinə daxil etidiyiniz məlumatlar mövcud sənədinizdə olan məlumatlarla eyni olmalıdır.
- Qeydiyyatda göstərdiyiniz e-mail ünvanınıza ilkin anketin təsdiqlənməsi barəsində məlumat alacaqsınız. Bunun üçün 48 saat vaxtınız olacaq.
- Növbəti atdım 48 saat içində tam anketi doldurmağınız olacaq. Qeyd olunan vaxt ərzində qeydiyyatı bitirmədiyiniz zaman, Sizin qeydiyyatınız ləğv olunub sistemdən silinəcək.
- Müəyyən edilmiş konsulluğa düzgün qeydiyyatdan keçmiş viza anketlərin sayı mövcud görüş günlərindən çox olduqda, görüş tarixi elektron püşk atma yolu ilə təyin olunacaq.
- Müraciətiniz püşk atmadan keçdikdən sonra, anketdə qeyd etdiyiniz e-mail ünvanınıza görüşün tarixi haqqında məlumat göndəriləcək. Yerdə qalan müraciətlər püşk atma vasitəsi ilə seçilənə qədər növbəti püşk atmada iştirak edəcəklər.
Unutmayın ki,
- ərizəyə daxil edilmiş məlumatlar sizdə olan sənədlərdəki məlumatlarla eyni olmalıdır,
- konsulluq departamentinin işçilərinin görüşlərin tərtib edilməsi prosesinə müdaxilə etmək imkanı yoxdur.
Hansı sənədləri təqdim etməlisiniz?
Hansı sənədləri təqdim etməlisiniz?
- e-konsulat sistemində doldurulmuş, viza forması çap edilmiş və imzalanmışdır;
- 3,5X4,5 ölçüdə fotoşəkil. Fotoşəkil:
- aydın, ağ fonda çəkilməli və yüksək keyfiyyətli kağızda çap olunmalıdır,
- 6 aydan köhnə olmamalıdır,
- öndən çəkilmiş, gözləri və üzü iki tərəfdən təpədən çiyinlərin üstünə qədər dəqiq göstərən, 70-80% üzdən ibarət olmalıdır.
- Son 10 ildə verilmiş, planlaşdırılmış dönüş tarixindən əz azı 3 ay qüvvədə və 2 səhifəsi boş olan pasport. İkinci etibarlı pasportunuz olduğu halda, onu da viza müraciətinizə əlavə etməlisiniz.
- Şəxsi məlumatları və fotoşəkili olan pasport səhifələrinin surəti
- Schengen (vahid əraziyə) bir və ya iki dəfə giriş etmək üçün yararlı olan vizaya müraciət edən şəxslər AB ərazisındə tibbi göstərişlərə əsasən mütləq şəkildə vətəndaş olduğu ölkəyə qayıtması, təxirəsalınmaz tibbi yardımın göstərilməsi, təcili xəstəxanaya yerləşdirilməsi tələb olunduqda və ya ölüm səbəbindən baş verə biləcək bütün hallarda sığorta edən müvafiq və etibarlı səyahət tibbi sığortasını təqdim etməlidirlər. Çox girişli vizanı almaq istəyən şəxslər planlaşdırılmış il giriş müddətini əhatə edən müvafiq və etibarlı səyahət tibbi sığortasının sahibi olduğunu təsdiqləməlidirlər. Sığorta Avropa Birliyi bütün üzv ölkələrinin ərazisində etibarlı olmalı və planlaşdırılmış qalma müddətini əhatə etməlidir. Minimal sığorta məbləği 30 000 avro təşkil etməlidir.
- Viza almaq üçün müraciət etdiyiniz Konsulluq olan ölkədə qanuni yaşayış yerini təsdiqləyən şəxsiyyət sənədinin surəti.
- Sənədlərin uyğunlaşdırılmış siyahısına əsasən aşağıdakıları təqdim etməlisiniz:
1. Uçuş biletin bronu və ya planlaşdırılan səyahət zamanı digər nəqliyyat vasitələrinin istifadə olunduğu haqqında məlumat
2. Yaşayışı təsdiq edən sənəd (məsələn, rəsmi dəvətnamə və ya otel rezervasiyası)
3. Maliyyə vəsaitin mövcudluğunu təsdiq edən sənəd
4. İş yerindən arayış
5. Şagirdlər və tələbələr üçün məktəbdən və ya universitetdən arayış
Həm də səyahət məqsədindən asılı olaraq aşağıdakı əlavə sənədləri təqdim etməlisiniz:
TURİZM - planlaşdırılan səyahətin marşrutu
İŞGÜZAR səfər
- Qəbul edən qurumdan milli qanunvericiliyə uyğun olaraq səlahiyyətli orqanlar tərəfindən təsdiq edilmiş yazılı müraciət.
- Azərbaycanda qeydiyyata alınmış dəvət olunmuş hüquqi şəxs tərəfindən verilən məlumatlar.
TƏHSİL, TƏLİM, MÜBADİLƏ PROQRAMLARINDA VƏ DİGƏR ELM TƏDBİRLƏRİNDƏ İŞTİRAK
- Qəbul edən məktəb, universitet, institut tərəfindən, sözügedən tədbirdə şagird və ya tələbə siyahısına daxil olub/olmaması haqqında yazılı ərizə
RƏSMİ SƏFƏR
- Beynəlxalq təşkilatdan və ya səlahiyyətli orqan tərəfindən təstiq edilmiş dəvətnamə
- Vizaya müraciət edən şəxsin Avropa İttifaqının üzv dövlətin ərazisində təşkil edilən rəsmi görüşlərdə, məsləhətləşmələrdə, danışıqlarda və ya mübadilə proqramlarında və tədbirlərində iştirak etmək üçün Avropa İttifaqının üzv dövlətə gedən rəsmi nümayəndə heyətinin üzvü olduğunu təsdiqləyən qurum tərəfindən tərtib edilmiş rəsmi məktub (dəvətnamə).
AİLƏ ÜZVLƏRİN VƏ YA DOSTLARIN ZİYARƏTİ
- Yaxın qohumlara - həyat yoldaşına, uşaqlarına, valideynlərinə (qanuni qəyyumlar da daxil olmaqla), nənə və babalara, nəvələrə - Avropa İttifaqının üzv dövlətlərdən birinin milli qanunvericiliyinə uyğun hazırlanmış Avropa İttifaqının üzv ölkələrinin yazılı və təstiqlənmiş dəvətnaməsi; - ailə münasibətlərinin mövcudluğunu təsdiq edən sənəd; - ziyarət edilən şəxsin həmin ölkədə yaşayışını təsdiq edən sənəd.
- Yuxarıda göstərilən yaxın ailə üzvləri və ya dostları istisna olmaqla, ailəni ziyarət etmək məqsədilə edilən səfərlər üçün: - dəvətnamə;
- Başqa bir şəxs tərəfindən yaşayış xərclərinin ödənilməsinin təsdiqlənməsi və ya fərdi şəxslə birlikdə yaşayış yerinin təsdiqlənməsi;
- Dəfn mərasimində iştirak: ölümü təsdiq edən rəsmi sənəd və vizaya müraciət edənin ilə dəfn edilənin arasında ailə və ya digər münasibətlərin təsdiqlənməsi.
- Hərbi və ya mülki qəbirstanlığına baş çəkmək istəyən şəxslər: məzarın mövcudluğunu və qorunub saxlanmasını,vizaya müraciət edənin ilə dəfn edilənin arasında ailə və ya digər münasibətləri təsdiqləyən rəsmi sənəd.
TİBBİ MÜALİCƏ MƏQSƏDİ İLƏ SƏFƏR
- Müəyyən bir tibb müəssisəsi tərəfindən verilmiş, həmin müəssisədə səfər edən şəxsə müalicə göstərilməsinin zəruriliyini, onu müşayiət edən şəxsə ehtiyac duyulduğunu və müalicə xərclərini ödəmək üçün kifayət qədər vəsaitin olmasını təsdiq edən rəsmi sənəd.
BEYNƏLXALQ İDMAN TƏDBİRLƏRDƏ VƏ YARIŞLARDA İŞTİRAK ÜÇÜN
(müşayiət edən şəxslər üçün həmçinin)
- Qəbul edən təşkilatın, səlahiyyətli orqanların, Aİ-nın üzv dövlətlərin və ya Azərbaycan Respublikasının Milli İdman Federasiyalarının və ya Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və ya Aİ-nın üzv dövlətlərin Milli Olimpiya Komitələrinin yazılı müraciəti
- Azarkəşlər olduğu halda: bilet/vauçer
ELM, MƏDƏNİYYƏT TƏDBİRLƏRİ VƏ YAXUD UNİVERSİTET VƏ DİGƏR MÜBADİLƏ PROQRAMLARINDA İŞTİRAK EDƏN ŞƏXSLƏR ÜÇÜN
- Bu tədbirlərdə iştirak etmək üçün qəbul edən təşkilatın yazılı müraciəti;
- Mədəni / bədii tədbirlərin tamaşaçıları və ya qonaqları qəbul bileti və vouçeri təqdim etməlidirlər.
AZƏRBAYCAN RESPUBLİKASINDA VƏ YA Aİ-nın ÜZV DÖVLƏTLƏRİNİN ƏRAZİSİNDƏ QEYDİYYATDA OLAN NƏQLİYYAT VASİTƏLƏRİ İLƏ, AZƏRBAYCAN RESPUBLİKASININ VƏ Aİ-nın ƏRAZİLƏRİ ARASINDA TRANSPORT VƏ SƏRNİŞİN VƏ YA YÜK DAŞINMASININ XİDMƏTİNİ GÖSTƏRƏN SÜRÜCÜLƏR
- Milli şirkət və ya Azərbaycan Respublikası nəqliyyat şirkətləri birliyi (assosiasiyası) və ya beynəlxalq avtomobil nəqliyyatı ilə məşğul olan Aİ-nın üzv dövlətlərin milli nəqliyyat şirkətləri və ya birlikləri tərəfindən məqsədlərin, marşrutun, müddətin göstərildiyi yazılı müraciəti.
JURNALİSTİKA FƏALLİYƏTİ İLƏ MƏŞĞUL OLAN VƏ İŞGÜZAR MƏQSƏDİ İLƏ SƏFƏR EDƏN MÜŞAYİƏT HEYƏTİ ÜÇÜN
- Peşəkar təşkilat və ya vizaya müraciət edən şəxsin işəgötürən tərəfindən verilmiş, peşəkar bir jurnalist olduğunu sübut edən və səfərin məqsədinin bir jurnalist vəzifəsi ilə əlaqəli olduğunu təsdiq edən sənəd və ya vizaya müraciət edən şəxsin müşayiət edən texniki qrupun üzvü olduğuna dair sənədlər.
ŞƏHƏR TƏRƏFDAŞLAR TƏRƏFİNDƏN TƏŞKİL EDİLMİŞ RƏSMİ MÜBADİLƏ PROQRAMLARI
- Aİ-nın üzv dövlətlərdən birindən bu şəhərlərin icra hakimiyyətinin rəhbərlərindən / bələdiyyə sədrlərindən yazılı müraciət.
Aİ-NIN ÜZV DÖVLƏTLƏRDƏN BİRİNDƏ BAŞ VERƏN BEYNƏLXALQ SƏRGİLƏRDƏ, KONFRANSLARDA, SİMPOZİUMLARDA, VƏ YA DİGƏR TƏDBİRLƏRDƏ İŞTİRAK EDƏN NÜMAYƏNDƏLƏR ÜÇÜN.
- Aİ-nın üzv dövlətlərdən birindən qəbul edən təşkilatın vizaya müraciət edən şəxsin tədbirdə iştirak etdiyi barədə təsdiq sənədi.
MÜLKİ CƏMİYYƏTİN NÜMAYƏNƏDLƏRİ TƏHSİL, TƏLİM, MÜBADİLƏ PROQRAMLARINDA VƏ DİGƏR ELM TƏDBİRLƏRİNDƏ İŞTİRAK
- Qəbul təşkilat tərəfindən, sözügedən tədbirdə iştirakçılar siyahısına daxil olub/olmaması haqqında yazılı ərizə və qəbul edən tərəfin mülki təşkilatının dövlət reyestrində olması haqqında sənəd
Yetkinlik yaşına çatmayan şəxslər (18 yaşa çatmamış) və ya valideynlərindən biri ilə birlikdə səyahət edənlər üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.:
- Valideynin/Valideynlərin vizaya müraciət etmək üçün təstiqlənmiş yazılı razılıq ərizəsi. Əgər yalnız bir qəyyum varsa, doğum haqqında şəhadətnamə, valideyn səlahiyyətlərini verən məhkəmə qərarı və ya digər valideynin ölüm şəhadətnaməsi təqdim olunmalıdır.
- Valideynlərin pasportu - əsli və sürəti
- Doğum haqqında şəhadətnamə - əsli və sürəti
Unutmayın:
- Viza üçün daimi yaşayış yerinizi əhatə edən diplomatik nümayəndəliyin Konsulluq Şöbəsində müraciət etməlisiniz.
- Qanunlara uyğun olaraq, yuxarıda göstərilən sənədlər qərar vermək üçün kifayətdir, lakin konsul əlavə sənəd tələb edə bilər.
- Viza müraciətləri planlaşdırılan səfərdən 6 ay əvvəl (dənizçilər olduğu təqdirdə 9 ay), gediş tarixindən 15 gündən gec olmayaraq təqdim edilə bilər.
- Konsul vizaya müraciət edən şəxsə Konsulluq Şöbəsinə görüş üçün dəvət etmək hüququna malikdir, lakin məcburiyyətində deyil.
- Saxta sənədlərin təqdim edilməsi və saxta məlumatların verilməsi Şengen Dövlətlərinə giriş qadağanına səbəb ola bilər.
- Viza Şengen bölgəsinə girməyə zəmanət vermir - son qərarı həmişə sərhədi keçməyi planlaşdırdığınız ölkənin orqanları qəbul edir.
- Viza Məlumat Sistemi (VİS) Üzv Dövlətlər arasında viza müraciətləri və bu müraciətlərlə bağlı qərarlar haqqında məlumat mübadiləsi üçün istifadə edilməlidir. Yuxarıda göstərilən sistemin tam səmərəliliyinə çatdığına görə, Şengen vizası üçün müraciət edən əcnəbinin səyahət sənədinə, Vizalar üzrə İcma Məcəlləsini (Viza Məcəlləsi) tənzimləyən, Avropa Parlamentinin və Şuranın 13 iyul 2009-cu il tarixli 810/2009 saylı Qaydasının (AK) 20-ci maddəsində qeyd olunmuş müraciətin uyğunluğunu təsdiq edən möhür vurulmur.
Nə qədər ödəyəcəksiniz?
Viza müraciət ərizəsinin baxılması üçün dövlət rüsumu 90 avro təşkil edir.
Azərbaycan və Avropa İttifaqı arasında viza sadələşdirilməsinə dair müqaviləni nəzərə almaqla, Azərbaycan vətəndaşları üçün viza müraciət ərizəsinin baxılması üçün dövlət rüsumu 35 avro təşkil edir.
Viza müraciət ərizəsinin baxılması üçün rüsumun ödənişindən aşağıdakı şəxslər azad olunurlar:
- Azərbaycan Respublikasında qanuni olaraq yaşayan Avropa İttifaqının vətəndaşlarının, Aİ-nın üzv dövlətlərin ərazisində qanuni yaşayan Azərbaycan Respublikasının vətəndaşlarının, Avropa İttifaqının vətəndaşı olduqları üzv dövlətin ərazisində yaşayan vətəndaşlar və Azərbaycan Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşlarının yaxın qohumları - həyat yoldaşları, övladları (o cümlədən övladlığa götürülmüşlər), valideynlər (qəyyumlar da daxil olmaqla), nənə və babalar və nəvələr;
- Rəsmi nümayəndə heyətlərinin üzvləri, o cümlədən üzv dövlətlərə, Avropa İttifaqına və ya Azərbaycan Respublikasına rəsmi dəvət göndərildikdən sonra rəsmi görüşlərdə, məsləhətləşmələrdə, danışıqlarda və ya mübadilə proqramlarında, habelə Azərbaycan Respublikasının və ya ölkələrin birində təşkil olunan tədbirlərdə iştirak edən rəsmi nümayəndə heyətlərinin daimi üzvləri;
- Tədqiqat və təhsil məqsədilə səfər edən şagirdlər, tələbələr, aspirantlar və onlarla birgə təhsil və elmi staj, həmçinin mübadilə proqramları çərçivəsində səfər edən müəllimlər
- Əlilliyi olan insanlar və ehtiyac olduğu təqdirdə onları müşayiət edən şəxslər;
- Beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşə fəaliyyətləri ilə bağlı müşayiət edən şəxslər;
- Elmi, mədəni və bədii tədbirlərdə, o cümlədən universitet və digər mübadilə proqramlarında iştirak edən şəxslər;
- Humanitar səbəblərdən səyahət edən şəxslər, o cümlədən təcili tibbi müalicəyə ehtiyacı olan şəxslər və onların müşayiətçiləri, yaxın qohumunun dəfn mərasimini və ya ağır xəstə olan yaxın qohumunu ziyarət etmək məqsədilə səfər edən şəxslər;
- Kurslar, seminarlar, konfranslar habelə mübadilə proqramları çərçivəsində səfər edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri;
- Təqaüdçülər;
- 12 yaşdan kiçik olan uşaqlar;
- Peşə ilə bağlı səfər edən jurnalistlər və texniki işçilər.
Ödəniş, sənədlərinizi təqdim edən zaman ancaq nağd şəkildə Avro ilə qəbul olunur.
Viza müraciəti üçün ödəniş konsulun qərarından asılı olmayaraq geri qaytarılmır.
Hazırlanma vaxtı?
Qərar adətən 15 gün ərzində verilir, lakin onun maksimal uzadılması standartlaşdırılacaq və 45 günlə məhdudlaşdırılacaqdır.
Sənədləri necə alacaqsınız?
Qərarınızı, sənədlərinizi təqdim etdikdən sonra aldığınız qəbzdə göstərilən gündə saat 14:00-dan 15:00-dək Konsulluq Şöbəsində alacaqsınız.
Siz necə birdaha müraciət edə bilərsiniz?
Şengen vizasının ləğvi ya etibarsız edilməsi haqqında qərarı aldığınız təqdirdə və bu qərar ilə razı olmadığınız halda Siz viza müraciətinin yenidən baxılma hüququndan istifadə edə bilərsiniz. Lakin vətəndaş şəxsən Şengen vizasının ləğv edilıməsi üçün müraciət etdikdə və Konsul bu müraciəti yerinə yetirdikdən sonra vətəndaş bu qərardan şikayət etmək hüququndan istifadə edə bilməz.
Şengen vizasının ləğvi və ya etibarsız edilməsi barədə qərarın verildiyi gündən etibarən 14 gün ərzində viza işinin yenidən baxilması üçün Şengen vizasının ləğvi və ya etibarsız edilməsi barədə qərarı verən quruma müraciət olunmalıdır.
Viza işinə yenidən baxılma müraciətlərini bazar ertəsindən- cümə gününədək günü saat 13:00-dan 14:00-dək qəbul edilir
Bakıdakı Konsulluq və Polşa Diasporası Departamenti şəxsin növbəti qəbul günü vaxtında müraciət edə biləcəyi təqdirdə, müəyyən tarixdə ərizə qəbulunu dayandırma hüququnu özündə saxlayır.
Ləğv olunmuş və ya etibarsız edilmiş Şengen vizasının yenidən baxılma müraciəti pulsuzdur.
Şengen vizasının verilməsindən imtina, Şengen vizasının ləğvi və ya etibarsız edilməsi barədə qərarın verilməsi və bu sahədə konsulun fəaliyyətindən şikayət haqqında:
Konsul, viza işinə yenidən baxılması üçün müraciətinizi araşdırdıqdan sonra, viza verilməsinində imtina, ləğv və ya etibarsız olunması ilə bağlı təkrar imtina qərarını vermişsə və vətəndaş bununla razılaşmadığı halda, Varşavada Województwo İnzibati Məhkəməsinə şikayət edə bilər. Şikayəti viza müraciətinə yenidən baxılma prosesindən alınan imtina qərarından sonra, vətəndaş qərarı aldığı gündən 30 gün ərzində qərarı verən Konsul vasitəsi ilə göndərməlidir.
Vətəndaş Konsula şikayətini təqdim etdikdə heç bir ödəniş etməməli, lakin inzibati məhkəmələr prosesinin icraatı ödənişlidir. Bununla bağlı vətəndaş məhkəmə ödənişini həyata keçirmək üçün məhkəmə tərəfindən dəvət olunacağını nəzərə almalıdır. İnzibati məhkəməyə şikayət edildiyi təqdirdə məhkəmə ödənişlərinin miqdarı və prosedur xərclərindən azad olmaq üçün müraciət etmək imkanı və prosedurun dili haqqında məlumatı aşağıdakı səhifədən tapa bilərsiniz:
http://bip.warszawa.wsa.gov.pl/133/wpis-sadowy-zasady-dokonywania-wpisu.html
Tez-tez verilən suallar
Sığorta üçün 15 günlük koridor nədir?
15 günlük koridor sığortanın etibarlı olduğu əlavə günlərdir. Düzgün sığortanı təqdim etmək üçün planlaşdırılan qalacağınız günlərin sayına 15 gün əlavə etməlisiniz - bu şəkildə düzgün sığorta müddətini hesablayacaqsınız. Sığorta planlaşdırılan bütün qalacağınız müddətində etibarlı olmalıdır.
Vizanı, Şengen-də planlaşdırılan ilk qalacağınız müddətdən daha uzun müddətə almaq üçün hansı sənədləri təqdim etməlisiniz?
Çoxdəfəli vizalar verilir:
- 1 illik müddətinə - əgər ərizəçi son 2 il ərzində qanuni olaraq 3 vizadan istifadə edib
- 2 illik müddətinə - əgər ərizəçi son 2 il ərzində əvvəlki çoxdəfəli (bir illik) vizadan qanuni istifadə edib;
- 5 il müddətinə - əgər ərizəçi son 3 il ərzində əvvəlki çoxdəfəli (iki illik) vizadan qanuni istifadə edibsə.
Konsul hər dəfə təqdim olunan sənədləri və viza tarixini qiymətləndirir və bunun əsasında qərar qəbul edir. Bununla əlaqədar tələb olunan sənədlərin ətraflı siyahısı yoxdur.
Nə qədər maliyyə təminatına ehtiyacınız var?
Lazımi maliyyə miqdarı Daxili İşlər Nazirinin Təlimatında müəyyən olunub.
Bu:
• 300 zlot (PLN) - planlaşdırılan qalma müddəti 4 gündən çox olmadıqda,
• bir gün üçün 75 zlot (PLN) - planlaşdırılan qalma müddəti 4 gündən çox olduqda-və ya bu məbləğin xarici valyutada ekvivalenti göstərilə bilər.
Əgər Polşa Respublikasının ərazisinə aşağıdakı məqsədlər ilə daxil olursunuzsa:
- turistik tədbirdə, gənclər düşərgəsində, idman yarışlarında iştirak edəcəksinizsə
- Polşa Respublikasında qalma xərclərinizi ödəmisinizsə,
- bir kurortda və ya sanatoriyaya gedirsinizsə,
- Polşa Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə tənzimlənən, Polşanın ərazisində olmağının əsas məqsədi olmayan yay işlərini həyata keçirməyə imkan verən bir proqramın iştirakçısınız,
- planlaşdırılan qalacaq hər günü üçün ən azı 20 zlot (PLN) , lakin 100 zlot (PLN) az olmamalıdır, və ya bu məbləğin xarici valyutada ekvivalenti göstərilə bilər.
Əgər vizanın etibarlıq müddətində başqa Şengen ölkəsinə getmək üçün Polşanı tərk etməyi planlaşdırırsınızsa, viza müraciətində bu barədə məlumat verməlisiniz ya yox?
- Bəli, viza müraciət ərizəsində səyahət planı haqqında tam məlumat verməlisiniz, məsələn bu çoxdəfəli və ya birdəfəli vizasının verilmə qərarına təsir göstərə bilər.
Podstawa prawna
Rozporządzenie Parlamentu Europejskiego i Rady (WE) nr 810/2009 z dnia 13 lipca 2009 r. ustanawiające Wspólnotowy Kodeks Wizowy (kodeks wizowy)
Ustawa z dnia 12 grudnia 2013 r. o cudzoziemcach (Dz. U. z dnia 30 grudnia 2013 r. poz. 1650 z późn. zm.)
Ustawa z dnia 25 czerwca 2015 r. Prawo konsularne (Dz. U. z dnia 31 sierpnia 2015 r. poz. 1274)
[ewentualna umowa dwustronna o ułatwieniach wizowych]