Xəbərlər
-
18.03.2020Polşa-Azərbaycan tvinninq proqramının uğuru11 mart 2020-ci il tarixində Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və İnzibati Potensialının Gücləndirilməsi ilə bağlı iki illik layihənin yekunlarına həsr olunmuş konfrans keçirildi. Polşa Respublikasının Bakıdakı Səfiri Cənab R. Poborski iştirakçıları uğurları münasibətilə təbrik etdi və hər iki ölkənin nəzarət orqanlarının bir-biri ilə fəal əməkdaşlığını davam etdirəcəyinə ümidvar olduğunu bildirdi.
-
04.03.2020Cənab Səfir Rafal Poborski tərəfindən etimadnamənin təqdim edilməsi.2 mart 2020-ci ildə Polşa Respublikasının Bakıdakı Səfiri Cənab Rafal Poborski tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri, Cənab İlham Əliyevə etimadnamələrinin təqdim edilməsi mərasimi keçirildi.
-
18.02.2020Milli Vizaya (D tipli) müraciət etmək üçün qeydiyyatda dəyişikliklərPolşa Respublikasının Bakıdakı Səfirliyinin Konsulluq və Polşa Diaspor Şöbəsi, Azərbaycan və Türkmənistan vətəndaşlarının gözlədiklərini nəzərə alaraq, Polşada işləmək və ya təhsil almaq məqsədi ilə milli vizaya viza müraciətlərini təqdim etmək üçün qeydiyyat yolunda dəyişikliklər elan edir!
-
10.02.2020Polşa Parlamentariləri Bakıya səfər ediblərPolşa Respublikası Seyminin nümayəndələri Azərbaycanda keçirilən parlament seçkilərində ATƏT tərəfindən müşahidə missiyasında iştirak etdilər.
-
06.02.2020Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Cənab Mahmud Məmməd-Quliyev ilə görüş6 fevral 2020-ci il tarixində Polşanın Bakıdakı Səfiri Cənab Rafal Poborski Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Cənab Mahmud Məmməd-Quliyev ilə görüşdü.
-
04.02.2020Cənab Səfir Rafal Poborski tərəfindən etimadnamələrin surətlərinin təqdim edilməsi4 fevral 2020-ci ildə Cənab Səfir Rafal Poborski etimadnamələrinin surətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirinə Cənab Elmar Məmmədyarova təqdim etdi.
-
14.10.2019Bakıda Polşa-Azərbaycan məsləhətləşmələriPolşa-Azərbaycan siyasi dialoqunun yüksək səviyyədə olmasından məmnunluq duyuruq. Bu dialoq 2017-ci ildə tamamilə yenidən qurulub və bu il də davam etdirilir ", - deyə Azərbaycanın paytaxtında siyasi məsləhətləşmələr zamanı nazir müavini Bartoş Çixotski vurğulayıb.
-
06.10.2019Bakıda EduExpo sərgisində Polşada təhsil təklifinin təqdimatı10-12 oktyabr 2019-cu il tarixlərində Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin himayəsi ilə 13-cü beynəlxalq təhsil sərgisi keçirildi.
-
01.09.2019II-ci Dünya Müharibəsinin başlamasının 80 illiyi80 il əvvəl Almaniyanın Polşaya təcavüzü II Dünya Müharibəsini başlatdı. 1 sentyabr 1939-cu ildə səhər saatlarında Alman Reyxinin ordusu Polşa-Alman sərhədi keçdi. Polşa Ordusu müttəfiqlərinin reaksiyasını gözləyərək silahlı şəkildə müqavimət göstərdi. 3 sentyabr 1939-cu ildə Fransa və Böyük Britaniya Alman Reyxinə qarşı müharibə elan etdilər, ancaq faktiki müharibə aparmadılar. 17 sentyabr 1939-cu ildə Sovet İttifaqı Polşanı şərqdən işğal edərək Polşanın faciəli taleyini möhürlədi. Alman Reyxinin və Sovet İttifaqının hücumu, hər iki totalitar dövlətin Molotov-Ribbentrop Paktına imza atması nəticəsində baş verdi, onun gizli protokolu nəticədə Mərkəzi Avropanı məlum təsir dairələrinə ayırdı.
-
04.06.2019Zati-Aliləri, Cənab Prezidentin Azərbaycana SəfəriNəqliyyat, infrastruktur, ticarət və energetika sahəsində ikitərəfli əməkdaşlıq Zati-Aliləri, Cənab Prezident Andjey Duda və Zati-Aliləri, Cənab Prezident İlham Əliyev arasında danışıqlar mövzusu oldu. - İnanıram ki, gələcəkdə qaz və neft Polşaya Azərbaycandan və ya Azərbaycandan keçərək nəql ediləcəkdir - deyə Andjey Duda bildirib.